Sabirabadda ev yanıb - FHN

 16:09 15.06.2021     192

Sabirabad rayonunun Həşimxanlı kəndində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.