Naftalanda 4 yaşlı qızı ilan sancıb

 00:39 16.06.2021     1731

Naftalanda 4 yaşlı qızı ilan sancıb.

Redaktor.az-ın  məlumatına görə, hadisə Naftalan şəhərində fərdi təsərrüfatlardan birində baş verib.

2017-ci il təvəllüdlü şəhər sakini Səmadzadə Zəhra Taleh qızı öz həyətlərində oynayarkən onu ilan sancıb. Təcili xəstəxanaya çatdırılan azyaşlı hazırda durumu stabilləşib və müalicəsi davam edir.//Apa.az