Yaşlı qadının pulunu oğurlayan şəxs həbs edildi - FOTO

 22:59 17.06.2021     1062

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qafqazinfo.az-a açıqlamasında bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.

2