Qardabanidə iki azərbaycanlı göldə boğuldu

 20:05 24.06.2021     468

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.

Redaktor.az xəbər verir ki, dalğıclar onlardan hər ikisinin meyitini göldən çıxarıblar.

Batan şəxslər Nəzərli kənd sakinləridir.

İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.//Report.az.