Bakıda yol üstə insident: SÜRÜCÜNÜ BİR YUMRUQLA ÖLDÜRDÜ

 21:05 24.06.2021     589

Bakının Nərimanov rayonunun Molla Cümə küçəsində dəhşətli hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, M.Cümə küçəsində, yeni tikilən ASAN Xidmət binasının önündəki yol ayrıcında iki sürücünün bir-birinə yol verməməsi gərginlik yaradıb. Bu zaman maşından düşən gənclərdən biri 50 yaşlarında olan digər sürücüyə yaxınlaşaraq, ona yumruqla zərbə endirib. Yumruğun təsirindən 50 yaşlı şəxs yerindəcə keçinib.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Qətlə səbəb olan gənc və dostları isə maşınlarını hadisə yerində ataraq, qaçıblar.