Badamdarda su xətti partlayıb, həyətləri və marketi su basıb - VİDEO

 21:10 01.07.2021     229

Badamdar qəsəbəsində su xətti partlayıb.

Redaktor.az xəbər verir ki, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllının Apa-ya verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: "Hazırda təmir gedir".