Sumqayıtda 37 yaşlı kişi dənizdə bataraq öldü

Sumqayıtda 37 yaşlı kişi dənizdə batıb.
Redaktor.az xəbər verir ki, hadisə Corat çimərliyində qeydə alınıb.
1984-cü il təvəllüdlü İslamov Zakir Adil oğlu dənizdə batıb. Onun meyiti dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Aparılan araşdırma zamanı Z. Islamovun ötən gün batdığı məlum olub. //Apa.az.