Velosipedçini vuran sürücü hadisə yerindən qaçdı

 03:08 02.07.2021     219

Şəmkirdə velosipedçini maşın vurub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

1983-cü il təvəllüdlü Qasımov Babək velosipedlə  hərəkətdə olan zaman  avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin  məlumata görə, hadisəni törədən sürücü  hadisə yerindən yayınıb. Onun tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır. //Lent.az.