Sabirabadda məsciddəki yanğın söndürülüb

 10:01 02.07.2021     96

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 220 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.