Dənizdə batan şəxs xilas edilib

 10:28 02.07.2021     75

İyulun 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində 1 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.