Lökbatanda avtomobil piyadanı vuraraq öldürüb

 13:40 02.07.2021     285

Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.