Bakıda Lokomotiv deposu ərazisində mərmi aşkarlanıb - FOTO

 15:44 02.07.2021     148

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərmi aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Redaktor.az-ın məlumatına görə, məlumat əsasında dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.

Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib

2