Motosikleti hasara çırpdı, xəsarət aldı - HACIQABULDA

 08:43 03.07.2021     214

Hacıqabulda motosiklet qəzaya uğrayıb, sürücü ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, Hacıqabul rayonunun Udulu qəsəbə sakini, 1999-cu il təvəllüdlü Əzizov Nahid Vahid oğlu idarə etdiyi motosikleti hasara çırpıb.

Nəticədə 22 yaşlı gənc ağır xəsarətlərlə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Apa.az.