Xəzərdə batan 7 nəfər xilas olunub

 09:31 03.07.2021     69

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.