Hacıqabulda avtomobil aşıb - Ölən var

 14:01 03.07.2021     422

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyulun 2-də saat 16 radələrində Hacıqabul rayonunun Qızılburun qəsəbəsi ərazisində V.Qaraşov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Hüsniyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən