Bərdədə 7 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

 17:41 03.07.2021     107

Bərdədə 7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri B.Qarayevə və S.Abbasovaya məxsus bankomat kartlarından 182 manat pul oğurlamaqda, 7 nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini N.Mehdiyev saxlanılıb. Araşdırma aparılır.