Dənizdə batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib -FHN

 23:42 03.07.2021     110

Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Redaktor.az xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və iki halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub. //Oxu.az.