İki fermadan qoyun oğurlayanlar saxlanılıb

2021-ci ilin ilin yanvar ayından iyulun 1-dək olan müddətdə Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi ərazisində qəsəbə sakini V.Əliyevə məxsus fermadan 50 baş qoyun oğurlanıb.
Redaktor.az xəbər verir ki, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qaraqaşlı kənd sakini E.Şirəliyev və Laçın rayon sakini N.Şirinov saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların Quzanlı qəsəbəsi ərazisində qəsəbə sakini X.Ağayevə və Dördyol-1 qəsəbə sakini R.Məmmədova məxsus fermadan 21 baş qoyun oğurlamaları da müəyyən edilib. //Lent.az.