Göygöldə piyadanı maşın vurub, VƏZİYYƏTİ AĞIRDIR

 10:22 04.07.2021     129

Göygöldə piyadanən vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Gəncə Toğanalı-Kəlbəcər avtomobil yolunun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //Apa.az.