Sumqayıtda yataqxana binasında yanğın

 11:49 04.07.2021     346

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd kondisioner, 1 ədəd soyuducu və ev əşyaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.