Bakıdan Naxçıvana uçan təyyarə təcili eniş edib

 12:05 04.07.2021     397

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

Redaktor.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-dən "Qafqazinfo"ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək. 

Vumart və Güvən reklamı Vumart Güvən