Gənc qadın 6-cı mərtəbədən yıxılıb

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.
Binanın 6-cı mərtəbəsində paltar asan gənc qadın müvazinətini itirib və yerə düşüb.
Xəstəxanaya yerləşdirilən qadının durumu ağırdır. //Lent.az.