Nabranda 2 nəfər dənizdə batıb - FHN

Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfər batıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək. //Qafqazinfo.az.