Xəzər dənizindəki GÜCLÜ PARTLAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA / VİDEO

 22:18 04.07.2021     636

Xəzər dənizində partlayışla müşahidə olunan yanğın baş verib.

Redaktor.az xəbər verir ki, yanğının baş vermə yeri və səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.

*****

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

Bu sözləri saytımıza açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib:

"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir".

Vumart və Güvən reklamı Vumart Güvən