Xəzərdəki güclü partlayış belə baş verdi... - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində partlayışla müşahidə olunan yanğın baş verib.
Redaktor.az xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov hadisə ilə bağlı açıqlama verib. O qeyd edib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir:
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir".
Hadisə baş verən anda çəkilən özəl görüntüləri təqdim edirik: