Qaradağda və Samuxda avtomobil yanıb

 09:22 05.07.2021     133

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Sərkar kəndində “VAZ" markalı minik avtomobilinin 1 ədəd təkəri və ön hissəsi də yanıb. Avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.