Azərbaycanda daha bir güclü yanğın - HELİKOPTER CƏLB OLUNDU / VİDEO

 11:25 05.07.2021     227

Fövqəladə Hallar Nazirliyinə (FHN) Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.