Şəkidə üç azyaşlı qidadan zəhərlənib

 12:57 05.07.2021     153

Şəkidə üç azyaşlı qidadan zəhərlənib. 

Redaktor.az-ın məlumatına görə, hadisə ötən gecə Şəkinin Şirinbulaq kəndində qeydə alınıb.

Belə ki, Şirinbulaq kənd sakinləri olan üç qardaş; 2009-cü il təvəllüdlü Əhmədov Nəriman Ruslan oğlu, 2013-cü il təvəllüdlü Əhmədov Mütəllib Ruslan oğlu və 2014-cü il təvəllüdlü Əhmədov Süleyman Ruslan oğlu zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Həkim müayinəsi zamanı qardaşların yaşadıqları ünvanda qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi məlum olub. Xəstəxanada ilkin müayinə və yardımlardan sonra onların vəziyyəti yaxşılaşıb və evə buraxılıblar. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır. //Oxu.az