Bakıda qonşular arasında əlbəyaxa dava - VİDEO

 16:51 05.07.2021     362

Bakının Binəqədi rayonunda qonşular arasında əlbəyaxa dava olub.

Redaktor.az xəbər verir ki, bu barədə Space Tv də yayımlanan "Olar? Olmaz!" verilişində məlumat verilib. Teleaparıcı Amil Xəlil hadisə yerinə yollanıb. Bəlli olub ki, Samir adlı şəxs qonşusu Asiya xanımın onun yolunu bağlamasından narahat olub. Bu səbəbdən hər iki qonşu arasında mübahisə düşüb. İş o yerə gəlib çatıbki qonşular əlbəyaxa da olublar. Sonda polis işə qarışıb və hadisəni qeydiyyata alıb.

Çəkiliş ərəfəsində də qonşular yenidən mübahisə edib. Ardınca isə əsas nüans ortaya çıxıb. Sən demə bu iki qonşunu üz-göz edən digər qonşula olub. Yəni, olmayan hadisə barəsində söz-söhbətlər yayıblar.  Amil Xəlil hər iki qonşunu elə çəkiliş ərəfəsində barışdırıb.

Həmin anaları təqdim edirik:

Manset.az