Şirkət rəhbərinin həyat yoldaşı qəza törətdi - YARALILAR VAR

 19:46 05.07.2021     197

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Xatırladaq ki, ötən ay Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbəliyev də sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover"la Novxanı-Sumqayıt yolunda qəza törətmiş və 4 nəfərin ölümünə səbəb olmuşdu. E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub. //APA