Yevlaxda minik avtomobili aşıb - Xəsarət alanlar var

 00:16 06.07.2021     59

Yevlaxın Qoyunbinəsi kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, “VAZ 2107” markalı maşın idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Tərtər rayon sakinləri – 1992-ci il təvəllüdlü Xaliq Əliyev və 1991-ci il təvəllüdlü Xaqəm Piriyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. //APA