Çimərlik ərazisi məişət tullantılarından təmizlənib

 14:08 06.07.2021     264

Xəzər rayonu Mərdəkan qəsəbəsində çimərliyə yaxın sahəyə məişət tullantılarının atılması barədə sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, ərazi Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon MKTB-yə məcburi göstəriş verilib.