5 yaşlı uşaq Kürdə boğulub - FHN

 20:42 06.07.2021     247

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 5 yaşlı Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. //Lent.az.