Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atıblar

 22:48 06.07.2021     83

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo.az.