Sumqayıtda yeni doğulan körpə zibil qabına atıldı - VİDEO

 10:51 07.07.2021     188

Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Redaktor.az xəbər verir ki, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Valideynlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir. //APA