Novxanıda bir nəfər dənizdə batıb - FHN

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.
Redaktor.az xəbər verir ki, FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.