Gədəbəydə 63 yaşlı çobanı sel aparıb - YENİLƏNİB

Gədəbəy rayonunda sel sularında boğulan şəxsin kimliyi məlum olub
Redaktor.az xəbər verir ki, sel sularına düşərək boğulan, 1958-ci il təvəllüdlü Sahib Sadıqovdur.
Çobanlıqla məşğul olan Sahib Sadıqovun artıq meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
23:32
Gədəbəydə güclü yağış ölümə səbəb olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.
Hələ ki, şəxsiyyəti məlum olmayan bir nəfər sel sularına düşərək boğulub.
Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir. //Report.az.