Oğurluq edən keçmiş məhkum saxlanılıb

 13:23 08.07.2021     165

Lənkəranda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Lənkəran rayonunun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1 300 manat olan üç ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyat hissələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib.