Azərbaycan səhəri dəhşətli xəbərlə açdı - 5 NƏFƏR ÖLDÜ... / FOTO

 09:05 09.07.2021     424

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.

Yol qəzasının təfərrüatları araşdırılır. //APA

22222