FHN Ucardakı ağır qəza ilə bağlı MƏLUMAT YAYIB

 09:32 09.07.2021     146

Fövqəladə Hallar Nazirliyi (FHN) də Ucarda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Redaktor.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.