Bakıda kişi arvadını öldürüb özünü bıçaqladı

 10:10 09.07.2021     403

Bakıda kişi həyat yoldaşını qətlə yetirib.

Xəzər rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, hadisə iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən