İntihar edən polis rəisi generalın qardaşıdır

 12:32 09.07.2021     374

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında intihar edib.

Redaktor.az bildirir ki, polis polkovnik-leytenantı olan Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

Qaynarinfo xəbər verir ki, Rahib Mirzəyev DİN-in Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib. //Qaynarinfo