Polis rəisinin özünü öldürdüyü yerdən görüntülər - VİDEO

 13:47 09.07.2021     234

Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev intihar edib.

Redaktor.az bildirir ki, polis rəisi bu gün səhər saatlarında xidməti otağında tabel silahı ilə özünü öldürüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik. //Trend.az

2