General qardaşı hansı səbəbdən intihar edib? - İDDİA

 13:56 09.07.2021     292

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında tabel silahından istifadə etməklə intihar edib.

Redaktor.az-ın məlumatına görə, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

İddia edilib ki, ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. Onun iki övladı var. //Unikal.org