Ötən gün ölkədə 43 yanğın olub - FHN

 14:57 09.07.2021     249

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 2 nəqliyyat qəzası və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti isə avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.