Azərbaycanda 690 bal toplayan tələbə faciəvi şəkildə ölüb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.
Redaktor.az xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.
O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi. //Report.az