Bakıda yanğın zamanı 12 ağac məhv olub

 17:44 09.07.2021     137

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Redaktor.az xəbər verir ki, bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”. //Report.az