Kürdən naməlum kişi meyiti tapılıb

 09:42 10.07.2021     282

Bu gün səhər saatlarında Kür çayında Salyan şəhərində körpünün yaxınlığında təxminən 25-30 yaşlarında kişi meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, meyit çaydan çıxarılaraq Salyan morquna təhvil verilib.

Meyitin kimə məxsus olduğu və həmin şəxsin hansı şəraitdə öldüyü istintaq tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma gedir. //APA