Sumqayıtda intihara cəhdin qarşısı alınıb - FHN

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
Redaktor.az xəbər verir. Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. //Qafqazinfo.az.