İsmayıllıya istirahətə gedən Abşeron sakini göldə batıb

 17:43 10.07.2021     116

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, İsmayıllı rayonuna istirahətə gedən Abşeron rayonu Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Həsən Əli oğlu Qəhrəmanov rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır. //Axar.az.